Yüksək keyfiyyət minimum qiymət prinsipini əsas tutaraq, “Bakı Plastik” artıq 10 ildən çoxdur ki müxtəlif növ plastik paketləri istehsal edən Azərbaycanın ən öncül şirkətlər arasında yer almışdır. Öz markası adı altında məhsul istehsal edən “Bakı Plastik” Bakı şəhəri, Suraxanı rayonunun ərazisində yerləşir.


“Bakı Plastik” şirkəti Türkiyədə təcrübə keçmiş mütəxəssis kadrlarla öz yolunda əmin addımlarla irəliləməkdədir. Müştərilərimizə yüksək keyfiyyətli və ətraf mühitə ziyan vurmayan məhsul təqdim etmək üçün  istehsalatımızda xaricdən gətirilmiş yüksək texnologiyalı 3 ədəd ekstruder, 2  ədəd çap maşını, 8 ədəd kəsmə maşını istifadə olunur.  Malların istehsalında yaylama və çoxkomponentli soekstruziya kimi müasir texnologiyalar tətbiq olunur. Paketlərin bioloji parçalanan olması üçün istehsal zamanı xammala parçalanma katalizatoru əlavə edilir. Məhsullarımızı müştəriyə təklif etməzdən öncə təkrar emal və biokorroziya vəziyyətini nəzarət edirik. 


Təkcə 2019-cu il ərzində şirkətimiz ilə ölkəmizin müxtəlif iri şirkətləri arasında 29 müqavilə bağlanılmışdır.  Habelə dünyada baş vermiş “Covid-19” pandemiyası səbəbindən şirkətlərin fəaliyyətində yaranmış çətinliklərə baxmayaraq, 2020-ci il ərzində “Bakı Plastik” şirkəti ilə 16 böyük şirkət arasında müqavilə imzalanmışdır.


Yüksək keyfiyyət və müştəri məmnuniyyətini hədəfləməyimizin nəticəsidir ki, əməkdaşlıq etdiyimiz “Çörəkçi”, “Pacific Bread”, ( Nömrə 1 Çörək zavodu), “Mərcan”, “Səba”, “Hicaz”, “Elat”, “Cənub” broylerlər, “Azza”, “Viva”, “Avrora”, Avromak”, “Faberlic”, “Aquavita”, “İnteqral”, “Maxı.az”, “World Telekom”, “AzeriMed”, “Həyat Aptek”, “Avropa Aptek”, “Araş”, “Sabina”, “İdeal”, “Adore” və digər şirkətlərin uğurunun ən üst sıralara yüksəltməyimizin haqlı qürurunu yaşamaqdayıq! 


Son texnoloji yeniliklərə uyğunlaşaraq, araşdırma və təkmilləşdirilmə sahəsində ciddi yatırımlar edən “Bakı Plastik” şirkəti  aylıq 100 tondan çox mal dövriyyəsi ilə öz sektorunun lideridir. Ən yüksək standartlara cavab verən və keyfiyyətli məhsul istehsal etmək və müştərilərin ehtiyaclarını zamanında təmin etmək məqsədilə şirkətimiz tərəfindən 150-dən çox daimi müştərisi olan müqavilə və əməliyyatların şərtləri tam həcmdə və vaxtında yerinə yetirilir.


“Bakı Plastik”  gündəlik həyatda müxtəlif sahələrdə istifadə edilən keyfiyyətli, dayanıqlı və yenilikçi məhsulları sizlərə təqdim edir. İstehsal çeşidimizdə zibil torbaları, tibbi tullantılar üçün paketlər, aşağı təzyiqli polietilen (ATP), yüksək təzyiqli polietilen (YTP), bioloji parçalanan qablaşdırma və bu kimi digər məhsullar yer almışdır. 


İllərdir bazarda keyfiyyət və yüksək xidmətlə müştərilərin güvənlə seçim etdiyi şirkət olmağı bacardıq. Gələcəkdə də “Bakı Plastik” markasını qlobal miqyasda tanıdaraq böyük layihələrə imza atmağı planlaşdırırıq!